Bakı: Bakı Çap Evi, 2013. — 384 səh.
Dərslikdə dillərin morfoloji təsnifi, türk dillərinin aqlütinativ (iltisaqi) dillər kimi digər dil ailələri arasındakı yeri, eyni zamanda türk dillərinin digər dil ailələri ilə qohumluğu barədə mövcud olan cərəyanlar haqqında (Ural-Altay, Altay, Skif dillər, Turan dillər cərəyanları) məlumat verilir. Ural-Altay nəzəriyyəsinin əmələ gəlməsi, Ural-Altay dillərinin öyrənilməsi, Ural-Altay nəzəriyyəsinin müasir mərhələdəki mövqeyi, Ural-Altay dil ailəsi və onun təsnifi, Ural–Altay dillərinin təsnifatının ümumiləşməsinə təşəbbüs və s. məsələlər geniş izahını tapır.
Dərslikdə türk dillərinin tarixinə, quruluşuna, türk dillərinin təsnifi barədə mövcud fikirlərə xüsusi olaraq yer verilir. Oğuz, qıpçaq, bulqar, karluq- uyğur, uyğur-oğuz, çuvaş və yakut dilləri qrupuna daxil olan türk dillərinin hər biri barədə təhlillər aparılır. Türk xalqlarının əlifbaları, I Türkoloji qurultay barədə də məlumat verilir.
Dərslikdən ali məktəbin tələbələri, magistrlər, elmi işçilər, ali və orta məktəbin müəllimləri istifadə edə bilərlər.
Dərslik barədə qeyd və təkliflərini çatdıracaq oxuculara müəllif əvvəlcədən öz minnətdarlığını bildirir.